İDMAN HƏFTƏSİNDƏ ŞAGİRDLƏR "SƏHƏR GİMNASTİKASI" EDİB

     Şagirdlərin  idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində idman həftəsinin keçirilməsi nəzərdə tutulub. Məktəbdə 27 fevral 2023-cü il tarixində idman həftəsinə start verilib. 
     İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərin sağlamlığı, onların idmana olan maraqlarının daha da artırılması, idman həftəsinin proqramına aid olan səhər gimnastikasının müntəzəm yerinə yetirilməsidir.
     Məktəb həyətində ibtidai sinif şagirdləri "Səhər gimnastikası" edib.  Fiziki tərbiyə müəllimlərinin başçılığı ilə keçirilən gimnastika təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə keçirilib.
     Qeyd edək ki, həftə ərzində məktəblilərin iştirakı ilə mövcud qaydalara uyğun gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər həftə ərzində təşkil olunacaq.

https://youtu.be/q5XVPTZD9G8

https://youtu.be/B9eyl0VEVNk

https://youtu.be/OGDEW_mvph0

https://youtu.be/CG8l6Y1kpLk

https://youtu.be/9_7XYFXygGM

https://youtu.be/msZ-dkuiSKo

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi