"ŞAGİRD DAVRANIŞ QAYDALARI" HAQQINDA VALİDEYN İCLASI KEÇİRİLİB

     26 fevral 2023-cü il tarixində valideynlərlə onlayn  maarifləndirici iclas keçirilib. 
     İclasda məktəb rəhbərliyi , sinif rəhbərləri ,müəllimlər valideynlərə davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 60 ümumi təhsil müəssisəsində pilot layihə kimi “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiq olunması barədə geniş məlumat veriblər. 6 bölmə üzrə müəyyənləşmiş “Şagird davranış qaydaları” izah edilib və bildirilib ki, “Şagird davranış qaydaları” sənədi təhsilalanların hüquq və vəzifələrini təmin etmək məqsədilə məktəbdə nizam-intizamı tənzimləyən qaydaları müəyyən edir. İclas zamanı  valideynlərin  fikirləri dinlənilib və sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi