Şagirdlərlə profilaktik söhbət aparılıb

Fəaliyyət planına əsasən məktəb psixoloqu Cəmilə Məmmədova 6f sinif qızları ilə profilaktik söhbət aparıb. Psixoloq sağlamlıq anlayışı, reproduktiv sağlamlıq, gigiyena qaydaları, sağlamlığa təsir edən amillər və onlardan qorunma yolları haqqında şagirdlərə məlumat verib və onların suallarını cavablandırıb.