"Xocalı soyqırımı” mövzusunda tədbir
24 fevral 2023-cü il tarixdə məktəbdə Xocalıda baş vermiş qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar “Xocalı Soyqırımı” mövzusunda tədbir keçirilmişdir.
Tarix müəllimi Maqsud Mirzəyevin başçılığı 7e sinfində keçirilən sinifdaxili tədbir həmin gecə qətlə yetirilən qurbanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanmışdır. Qeyd olundu ki, Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.