2C SİNFİ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ XÜSUSİ DƏRS KEÇİRİLİB

     Məktəbdə 26 fevral-Xocalı soyqırımı ildönümünə həsr edilmiş xüsusi dərs keçirilib.  Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub. Sinif rəhbəri İlhamə Bayramova əvvəlcə şagirdlərə Xocalı soyqırımı haqqında məlumat verib. Bildirib ki, bu soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardıb. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu. Xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaq.
     Sonda şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, ədəbi-bədii kompozisiya və səhnəciklər nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi