XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ STEAM DƏRSİ

23 fevral 2023-cü il tarixdə məktəbdə STEAM dərsində şagirdlər Xocalıda baş vermiş qanlı faciənin ildönümü ilə əlaqədar “Xocalı soyqırımı” mövzusuna həsr olunmuş 3D modeli hazırlayıblar.
STEAM müəllimi Ramilə Məmmədlinin başçılığı ilə təşkil olunan dərs həmin gecə qətlə yetirilən qurbanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanmışdır. Qeyd olundu ki, Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.