XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

     "Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev
     Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Bu gün məktəbimizdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi. 
     Məktəbin musiqi dərnəyinin rəhbəri Gülnarə Mirzəcanova , Azərbaycan dili və Ədəbiyyat müəllimləri Günel Cəfərova və Humay İsmayılovanın təşkilatçılığı ilə baş tutan tədbir Dövlət Himni ilə başlandı. Tədbirdə məktəb rəhbərliyi,  müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Xocalı mövzulu şeirlər ifa olundu. Şagirdlərin iştirakı ilə hazırlanmış kompozisiya nümayiş etdirildi, videoçarxlar təqdim olundu. Məktəb xorunun ifası dinlənildi.Tədbir boyunca faciənin başvermə səbəbləri  iştirakçıların diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi