C.Məmmədquluzadə: "Bütün kainatı ,yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm ,ana dilim var."

      22 fevral 2023- cü il tarixində" Azərbaycan dili və ədəbiyyat aylığı" çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Vəsilə tərəfindən 11 a sinfində " C.Məmmədquluzadə Azərbaycan bədii mədəniyyətinin çoxəsrlik tarixinə daxil olan qüdrətli,dahi şəxsiyyətlərdən biri kimi..." mövzusunda "Dəyirmi masa" təşkil olunmuşdur.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra sənətkarın həyat və yaradıcılıgını əks etdirən videoçarx izlənilib. Şagirdlər dramaturqun həyat və yaradıcılıgı haqqında geniş məlumat verərək,bədii və publisist əsərlırinin mövzu rəngarəngliyi və ideyası baxımından müzakirələr etdilər.Yeri gəldikcə,əsərləri əsasında çəkilmiş film və tamaşalardan kiçik epizodlar nümayiş etdirildi .Tədbir məktəbin direktor əvəzi Svetlana Nəbiyevayanın  çıxışı ilə sonlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi