Pedaqoji Şura iclası keçirilib
21 fevral 2023-cü il tarixində məktəbin akt zalında "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot layihəsinin tətbiqinə həsr olunmuş Pedaqoji Şura iclası keçirilib.
Məktəb rəhbəri Svetlana Nəbiyeva "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" haqqında geniş məlumat verib, qaydaların tətbiqi ilə bağlı 90 nömrəli tam orta məktəbin pilot məktəb seçildiyi haqqında kollektivin diqqətinə çatdırıb, layihə ilə bağlı suallar cavablandırıb.
Qeyd olunub ki, qaydalar ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir. Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.
Həmçinin iclasda bir sıra vacib məsələlər müzakirə olunub.