Beynəlxalq Ana Dili Günü münasibətilə müsabiqə keçirilib

      21 fevral-Beynəlxalq Ana Dili Günü münasibətilə 7D sinfində“Azərbaycan dili-milli varlığımızdır” mövzusunda  müsabiqə keçirilib.     Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəfərova Günel  şagirdlərə bu günün  tarixi əhəmiyyəti haqqında məlumat verib, qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm ,güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır . Sonra şagirdlər bu əlamətdar günlə bağlı fikirlərini bölüşüblər .Ana dili haqqında maraqlı şeirlər və aforizmlər səsləndiriblər.  Həmçinin Beynəlxalq Ana Dili Günü haqqında videoçarxlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi