Qasım bəy Zakirin yaradıcılığına həsr olmuş tədbir
Azərbaycan realist ədəbi düşüncəsinin əsas nümayəndələrindən biri, özünəməxsus satirik üsluba malik olan Qasım bəy Zakir rəvan dildə əxlaqi-didaktik əsərlər qələmə alıb. XIX əsrin birinci yarısında maarifçilik hərəkatının formalaşması və inkişafına öz qələmi ilə töhfələr verən şair cəmiyyətdəki eybəcərlikləri tənqid edib, xalqın maariflənməsi naminə mübarizə aparıb.
"Azərbaycan dili və Ədəbiyyat aylığı" çərçivəsində məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Fərzəliyeva Gülnar tərəfindən 6A sinfində təşkil olunmuş tədbir Qasım bəy Zakirin yaradıcılığına həsr edilmişdir.
Tədbirdə müəllim şagirdləri sənətkarın həyat və yaradıcılıq yolu ilə tanış edərək xüsusilə qeyd etdi ki, şair öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını mövzu, fikir, ideya cəhətdən zənginləşdirdiyi kimi janr etibarilə də inkişaf etdirmişdir. O, Azərbaycan dilinin bir çox gözəlliklərini şeirə, sənətə gətirmişdir.
6A sinif şagirdləri isə sənətkarın şeirlərini səsləndirdilər və təmsilləri əsasında hazırlanmış səhnəciklər təqdim etdilər.