Qasım bəy Zakirə həsr olunan "Dəyirmi masa"

    " Qasım bəy Zakir- XIX əsr realist ədəbiyyatımızın inkişafına müsbət təsir göstərən və ona istiqamət verən ziyalı "
     15 fevral tarixində "Azərbaycan dili və Ədəbiyyat aylığı" çərçivəsində məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Bağırova Səma tərəfindən 9b sinfində 
" Qasım bəy Zakir- XIX əsr realist ədəbiyyatımızın inkişafına müsbət təsir göstərən və ona istiqamət verən ziyalı" mövzusunda "Dəyirmi masa" təşkil olunmuşdur. 
     Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx izlənilib. Müzakirə zamanı bildirilib ki, XIX əsrin birinci yarısında maarifçilik hərəkatının formalaşması və inkişafına öz qələmi ilə töhfələr verən şair cəmiyyətdəki eybəcərlikləri tənqid edib, xalqın maariflənməsi uğrunda mübarizə aparmışdır. Şagirdlər şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, şeirlər səsləndirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi