Xocalı faciəsinə həsr olunmuş dərs

      13 fevral məktəbdə " Azərbaycan dili və Ədəbiyyat  aylığı" çərçivəsində məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəfərova Günel tərəfindən "Xocalı faciəsi bədii ədəbiyyatda" mövzulu  dərs -müzakirə keçirildi . 
    Müzakirə zamanı müəllim şagirdlərin nəzərinə çatdırdı ki, bədii ədəbiyyatın mühüm vəzifələrindən biri milli yaddaşa xidmət etmək, onu gələcək nəsillərə çatdırmaq, təbliğ etməkdir. Çünki ədəbiyyat və sənət sərhəd tanımır deyiblər. Bütün bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizminin qəddarlıqla azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının tanınmasına da sərhədsizlik lazım idi. Bu baxımdan Azərbaycan, ümumən bəşəriyyət üçün ən dəhşətli soyqırımı aktlarından olan Xocalı faciəsinin bədii ədəbiyyatda əks etdirilməsi istiqamətində uğurlu əsərlərin yaranması ciddi milli-mənəvi vəzifə və zəruri mənəvi ehtiyac idi. Çünki bu əsərlər həm də milli yaddaşdır.
     Müzakirə zamanı E.Hüseynbəylinin " Firuzə qaşlı xəncər" və Q.İlkinin "İntiqam " hekayələri təhlil və müqayisə edildi. Hekayədəki düşmən obrazları  davranış və əməllərinə görə səciyyələndirildi. Şagirdlər ən təsirli epizodlar haqqında məlumat verərək həmin məqamlara münasibət bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi