“Narkomaniyaya yox deyirik!” mövzusunda tədbir keçirilib

     90 nömrəli tam orta məktəbdə Rayon Polis İdarəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə “Narkomaniyaya yox deyirik!” mövzusunda maarifləndirici tədbir keçirilib. 
     Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədov ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən və maarifləndirici təbirlərin əhəmiyyətindən danışıb.
     Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov isə rayon ərazisində polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış fəaliyyətinə diqqət çəkərək, sosial şəbəkə üzərindən narkotik vasitələrin təbliğ edilməsi cəhdlərinə toxunub.
     DİN Mətbuat Xidmətinin rəis müvaini, polis polkovnik-leytenantı Hafiz Təmirov daxili işlər orqanlarının ictimaiyyət tərəfindən dəstəklənməsinin, xüsusən cəmiyyətin aparıcı olan gənclərin maarifləndirici tədbirlərdə iştirak etməsinin vacib olduğunu, son dövlər də bu dəstəyin nəzərə çarpacaq qədər artdığını qeyd edib. O, birgə səylərin səmərə verəcəyinə əminliyini ifadə edib.
     Paytaxtda gəncləri narkomaniya və erkən nikahdan, digər zərərli vərdişlərdən çəkindirmək üçün keçirilən tədbirlər barədə çıxış edən Bakı şəhər BPİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova da yalnız birgə fəaliyyət sayəsində qlobal probelmin həll edilə biləcəyini, aparılan mübarizənin daha səmərəli olacağını deyib.
     Mövzu ətrafında çıxış edən həkim-narkoloq Rövşən Kərimli və psixoloq Ofeliya Məmmədova narkotik vasitələrin insan orqanizmində törətdiyi fəsadlar barədə ətraflı məlumat veriblər.  
     Məktəb rəhbərliyinin başçılığı ilə şagirdlərin iştirakı ilə  mövzu ilə bağlı hazırlanan səhnəciklər maraqla qarşılanıb . Sonda fəal şagirdlər diplom və sertifikatlarla mükafatlandırılıb.

https://qafqazinfo.az/news/detail/sabuncuda-narkomaniyaya-yox-deyirik-movzusunda-tedbir-kecirildi-390900

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi