“YOL HƏRƏKƏTİ QAYDALARI ” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR

    

      İbtidai sinif müəllimi İlhamə Bayramovanın təşkilatçılığı ilə 2C sinfində “Yol hərəkəti qaydaları ” mövzusunda maarifləndirici tədbir keçirilib. 

    Tədbirin keçirilməsində məqsəd şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarət olub.

    Tədbirdə uşaqların mövzuya uyğun çəkdikləri rəsmlər, divar qəzetləri, əl işləri sərgilənib Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər göstərib, mövzuya uyğun suallara cavab veriblər. Müəllim mövzu haqqında ətraflı məlumat verib, şagirdləri yolda daha diqqətli olmağı, yol hərəkəti qaydalarına düzgün əməl etməyi tövsiyə edib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi