Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Ayın 20-də məktəbimizdə Günel Cəfərova və Xalidə Məmmədovanın təqdimatında Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, valideynlər,müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra Ceyhun Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş məlumatlar dinlənildi və sənədli film nümayiş etdirildi. Şagirdlər tərəfindən hazırlanan səhnəciklər tədbir iştirakçılarının marağına səbəb oldu. Tədbirin sonunda məktəbin direktoru Q.Qazıbəyova çıxış edərək tədbirin yüksək səviyyədə hazırlanmış olduğunu vurğuladı və tədbiri hazırlayan müəllim və şagirdlərə təşəkkürünü bildirdi. Sonra söz məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmovaya verildi. O, çıxışında Ceyhun Hacıbəylinin mühacirət həyatından danışdı, onun azadlıq mübarizəsindən misallar gətirdi. Şagirdlərimizə Ceyhun Hacıbəyli həyatından örnək götürməyi tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi