Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar

      Məktəbin 10d və 7e sinif şagirdlərinin iştirakı ilə  tarix müəllimi Maqsud Mirzəyevin başçılığı ilə 20 Yanvara həsr olunmuş "Dəyirmi masa" təşkil olunub. Şagirdlər bu tarixi dərin hüznlə anıb. "Dəyirmi masa"da müəllim  tariximizin şərəf və qəhrəmanlıq səhifəsi- Qanlı Yanvar haqqında geniş məlumatlarlar ,faktlar səsləndirib. 
     Müstəqilliyə gedən yolda böyük bir çıraq olan Yanvar şəhidlərini dərin ehtiramla yad edən şagirdlər qanlı gecənin hüznünü ifadə edən , vətənimizin faciəli tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Məktəb rəhbərliyinin də iştirak etdiyi tədbirdə Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edən videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi