20 YANVAR ŞƏHİDLƏRİNİN ƏZİZ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR

      19 yanvar 2023-cü il tarixində  məktəbin akt zalında Azərbaycan dili və ədəbiyyat müəllimləri Ağayeva Aynur, Bağırova Səma, Tağıyeva Günelin təşkilatçılığı ilə "20 Yanvar şəhidlərini unutmadım" adlı tədbir təşkil olunub. Məktəb rəhbərliyinin , müəllim və şagirdlərin iştirakı ilə keçən tədbirdə bildirilib ki ,20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
     Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi