2R SİNFİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

      Tədbirlər Planına əsasən məktəblilərin Şəhidlər xiyabanına təşkil olunan ziyarətləri böyük əhəmiyyət daşıyır. Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik hisslərinin onlara düzgün aşılanmasında məktəbin rolu əvəzsizdir.
     Bu məqsədlə 2r sinif şagirdləri sinif rəhbəri Günel Musayevanın başçılığı ilə  20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Şagirdlər  bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri düzüblər.
     Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi