İLK DƏRSLƏR 20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜNƏ HƏSR OLUNUB
19 yanvar 2023-cü il tarixində məktəbdə Tədbirlər Planına əsasən ilk dərslər 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunub. Məktəb rəhbəri Svetlana Nəbiyeva siniflərdə olub , sinif rəhbərləri,müəllimlər siniflərdə 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs ediblər, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Dərslərin keçirilməsində məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsinə, onların layiqli vətəndaş kimi yetişməsinə xidmət edib.
Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıblar. Şagirdlər 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş divar qəzetləri, rəsmlər və ədəbi-bədii kompozisiyalar nümayiş ediblər.