20 Yanvar faciəsindən artıq 33 il ötür

     20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın bütövlülük yolunun ilk zirvəsi, milli ideologiyamızın, azadlıq istəyinin oyanış günüdür. 
     33 il öncə öz azadlığını, bütövlüyünü bərqərar etmək üçün birləşən xalq bir yumruq kimi birləşdi. Zirehli tankların qarşısına qeyrətlə , milli qürur hissi ilə silahlanıb çıxdılar. 
Bu tarix Ümumxalq Hüzn Günü ilə yanaşı, həm də milli oyanışımızın başlanğıc nöqtəsi oldu. 
     Ümumxalq Hüzn Günü şəhidlərimizin müqəddəs ruhunu yad etmək üçün məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Xalidə Məmmədovanın təşkilatçılığı ilə 8B sinif şagirdləri Şəhidlər xiyabanını ziyarət etdilər. 
     Daha sonra şagirdlər II Fəxri xiyabanda dəfn olunmuş şəhidlərimizi, eyni zamanda I Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanları ziyarət etdilər.
     Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün soydaşlarımızı dərin hüznlə yad edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi