“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsində finala keçən şagirdimiz
“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinə qeydiyyatdan keçən şagirdlərdən 8E sinif şagirdi Sərkərova Zəhra Sakin qızı müsabiqənin I mərhələsində uğur qazanaraq final mərhələsinə keçib. Məktəb rəhbəri Svetlana Nəbiyeva qalib şagirdimizi və informatika müəllimi Sevinc Abdullayevanı təbrik edib ,uğurlar arzulayıb.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaqdır. Eyni zamanda, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.