VIII VƏ IX SİNİF ŞAGİRDLƏRİNİN VALİDEYN İCLASI TƏŞKİL OLUNUB

      21 dekabr 2022-ci il tarixdə məktəbin akt zalında  VIII və IX sinif şagirdlərinin monitorinq nəticələrinin müqayisəli təhlili ilə bağlı valideyn iclası keçirildi. 
     Valideyn iclasının keçirilməsində əsas məqsəd buraxılış siniflərində şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi barədə valideynlərlə söhbət aparmaqdan ibarət olub. 
     Qeyd edilib ki ,monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb. Bildirilib ki, keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, tədris keyfiyyətini daha da artırmaq, məktəb özünüqiymətləndirməsi ənənəsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir. 
     Məktəb rəhbəri Svetlana Nəbiyeva Bakı Şəhər üzrə Təhsil İdarəsinin keçirdiyi monitorinqlə , məktəbdaxili keçirilən monitorinqlərin  nəticələrinin müqayisəli şəkildə təhlilini, şagirdlərin nəticələrinin valideynlərin diqqətinə çatdırıb .İclas zamanı sinif rəhbərləri ilə , fənn müəllimləri söhbət aparılıb. İclasda iştirak edən direktor müavinləri Gültəkin Səlimova ,Aygün Sadıqova  və məktəb psixoloqu Cəmilə Məmmədova nəticələrlə bağlı öz münasibətini bildirərək şagird nəaliyyətlərinin yüksəldilməsi istiqamətində təkliflər irəli sürüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi