Ulu Öndərimizin anım gününə həsr edilmiş tədbir keçirilmişdir

Dünən məktəbimizin tarix müəllimi Maqsud Mirzəyevin təşkilatçılığı ilə Ulu Öndərimizin anım gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə 11B sinfinin şagirdləri iştirak edirdilər. Əvvəlcə müəllim Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda göstərdiyi misilsiz fəaliyyətlər mövzusunda çıxış etdi. M.Mirzəyev çıxışına davam edərək H.Əliyevin müasir Azərbaycan dövlətçilik intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi adını Azərbaycan xalqının qəlbinə və tarixinin çoxcildli salnamələrinin ən şərəfli səhifəsinə əməlləri ilə yazdıran böyük lider olduğunu vurğuladı. Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli – mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurdu. Sonra şagirdlər Ulu Öndərimizin həyatı ilə bağlı örnəkləri bölüşdülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi