VALİDEYN İCLASI KEÇİRİLİB
20 dekabr 2022-ci il tarixdə məktəbin akt zalında V, VI, VII sinif şagirdlərinin monitorinq nəticələrinin təhlili ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri, siniflərdə Azərbaycan dili, ingilis dili və riyaziyyat fənnini tədris edən müəllimlər və sinif rəhbərlərinin iştirakı ilə iclas keçirilirib.
İclasda ilk olaraq məktəb rəhbəri Svetlana Nəbiyeva Bakı Şəhər üzrə Təhsil İdarəsinin keçirdiyi monitorinqlə ,məktəbdaxili keçirilən monitorinqlərin nəticələrinin müqayisəli şəkildə təhlilini valideynlərə təqdim edib. Qeyd edilib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd şagirdlərin bilik səviyyəsini araşdırmaq və tədrisin keyfiyyətini artırmaqdır. Nəticələr təhlil və müzakirə olundu, sinif rəhbərlərinə,müəllimlərə zəif nəticə göstərən şagirdlərə diqqətin ayrılması və əlavə istiqamətlərin verilməsi tövsiyə olundu, növbəti monitorinqə qədər irəliləyişlərin təmin olunması tapşırılıb.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.