“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin I mərhələsi

      17 dekabr 2022-ci il tarixdə “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinə qeydiyyatdan keçən şagirdlərə məktəbin kompüter və internetlə təmin olunan informatika kabinetlərində şərait yaradılıb və şagirdlər müsabiqənin  I mərhələsində iştirak edib . 
     Müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər şəxşi kabinetlərində I mərhələ üzrə informatika fənni kursunun əsas mövzularını əhatə edən tapşırıqlarını həll ediblər. Tapşırıqlar həll edildikdən sonra növbəti mərhələdə qaliblər təyin edilərkən sadəcə düzgün həll edilmiş tapşırıqların sayı deyil, həmçinin, onlara sərf olunan vaxt və cəhdlər nəzərə alınacaq. 
      Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaqdır. Eyni zamanda, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi