PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB
16 dekabr 2022-ci il tarixində məktəbdə növbəti Pedaqoji Şura iclası keçirilib.
Məktəb rəhbəri Svetlana Nəbiyeva iclası açıq elan edərək pedaqoji heyəti salamlayıb. İclasda Bakı Şəhər üzrə Təhsil İdarəsinin keçirdiyi və məktəbdaxili keçirilən monitorinq nəticələrinin müqayisəli təhlili müzakirə olunub , "Zəfər" məktəblərarası I tarix olimpiadasının nəticələri ,VI və VII sinif şagirdləri arasında keçirilən Olimpiadaya hazırlıq üçün seçilən şagirdlər haqqında ,növbətçilik, sinif rəhbərlərinin fəaliyyəti ,məktəb inventarlarının qorunması , dərsə davamiyyət və s. məsələlər müzakirə olunub , iclas iştirakçılarının nəzərinə çatdırılıb. Məktəb rəhbərliyi hər bir müəllimə öz işinə məsuliyyətlə yanaşmağı tapşırıb, işlərində uğurlar arzulayıb.