Şəhid Murad Məmmədova həsr olunan tədbir

      Məktəbin ibtidai sinif müəllimi İlhamə Bayramovanın rəhbərliyi ilə 2c sinfində   44 günlük Vətən müharibəsində şəhid olmuş Məmmədov Murad İlham oğlunun cənnətdəki mövludu qeyd olunub.
     Tədbir Azərbaycan Respublikasının  Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlərin ifasında  ədəbi-bədii kompozisiya təqdim edilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.  Həmçinin Şəhid Murad Məmmədovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub, şəhid ailəsi ziyarət olunub , onun və şəhid olmuş digər Vətən oğullarının unudulmaz xatirəsi dərin ehtiramla anılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi