Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
10d sinif şagirdləri sinif rəhbəri Kifayət Məmmədovanın rəhbərliyi ilə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. İlk olaraq Heydər Əliyev Mərkəzini ziyarət edən şagirdlərə dünya memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında geniş məlumat verilib.
Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Daha sonra Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olublar. Şagirdlər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.