Şəhidlər unudulmur
Məktəbin 10d sinif şagirdləri sinif rəhbəri Kifayət Məmmədovanın rəhbərliyi ilə Vətən müharibəsi şəhidi Qasımov Həmid Oruc oğlunun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının, məktəb rəhbərliyinin və digər qonaqların iştirak etdiyi tədbirdə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 10d sinif şagirdləri müxtəlif vətənpərvər məzmunlu səhnəciklər
nümayiş etdirib ,şeirlər,mahnılar səsləndiriblər.
Şagirdlərdən Məmmədli Telman, Şahbazova Samirə, Sultanova Səkinə, Babayeva Könül , Bayramova Səbinə, Həsənova Nəzrin, Musayeva Xəyalə, Babayev Yalçın ,Qurbanova Lamiyə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Həmid Qasımovun şərəfli ömür və döyüş yolundan danışıblar. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb.
Şəhid Həmid Qasımovun ailə üzvləri və yaxınları, qazilər məktəb rəhbəri Svetlana Nəbiyevaya, sinif rəhbəri Kifayət Məmmədovaya ,10 d sinif şagirdlərinə göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə minnətdarlıqlarını bildiriblər. Sonda qonaqlara Şəhid Həmid Qasımovun adı həkk olunan hədiyyələr təqdim olunub , xatirə şəkilləri çəkilib.