Ulu Öndər Heydər Əliyevin Anım Günü

     Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Məktəbdə 9 dekabr 2022-ci il tarixində ibtidai sinif müəllimi İlhamə Bayramovanın rəhbərliyi ilə  2c sinfində Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş "Dəyirmi masa" keçirilib. 
     "Dəyirmi masa"da Azərbaycan
Respublikasının Himni səsləndirilib , ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sinif rəhbəri ümummilli liderin həyat və fəaliyyəti, hakimiyyəti illərindən danışıb. Heydər Əliyev haqqında videomateriallar izlənilib. Sonda şagirdlər şeirləri səsləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi