Ulu Öndərə həsr olunan "Dəyirmi masa"

      10d sinfində tarix müəllimi Maqsud Mirzəyevin başçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Dəyirmi masa” təşkil olunub. 
     "Dəyirmi masa"da  ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb. Şagirdlərdən Həsənova Nəzrin, Sultanova Səkinə, Musayeva Xəyalə, Şahbazova Samirə ,Məmmədli Telman fəallıq nümayiş etdirib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi