Mənim Tanrım gözəllikdir, sevgidir!

      07.12.2022- ci il tarixində H.Cavidin 140 illik yubileyi ilə bağlı məktəbin 8 b sinfində "Dəyirmi masa"  keçirilmişdir. İlk növbədə böyük sənətkarın həm ədəbi, həm də ictimai fəaliyyətinin müəyyən məqamlarına toxunulmuş və onun tutduğu əqidə yolu şagirdlərə aydınlaşdırılmışdır.
      Böyük sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx izlənildikdən sonra sinfin şagirdləri şairin yaradıcılığı haqqında ətraflı məlumat vermiş, onun romantik ruhlu şeirlərini səsləndirmişlər.Xüsusilə şairin " Ana" mənzum faciəsinin təhlilinə geniş yer verilmişdir.Dərsin sonrakı mərhələsində məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Xalidə Məmmədova və məktəbin kitabxana heyətinin üzvləri Minayə Əzimova, Fəxriyyə Səfərova şairin faciəvi taleyindən bəhs etmiş, milli, vətənpərvər ruhlu fikirlər bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi