Məktəbdə maarifləndirici tədbir keçirilib

      Məktəbdə İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi  məqsədilə  maarifləndirici-profilaktik tədbir keçirilmişdir.
     Tədbirdə Sabunçu rayon polis idarəsi 12-ci polis şobəsinin Gənclər və yetkinlik yaşına çatmayanlarların işləri üzrə baş inspektoru polis mayoru Məmmədov İbrahim İsaq oğlu iştirak edib. Həmçinin tədbirdə məktəb rəhbəri Svetlana Nəbiyeva, tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova  , məktəb psixoloqu Cəmilə Məmmədova, tibb bacısı Hicran Qarayeva iştirak ediblər.
    IX-XI sinif şagirdlərinin,valideynlərin ,müəllim heyətinin ,sinif rəhbərlərinin iştirak etdiyi tədbirdə Narkomaniya mövzusunda çıxışlar səsləndirilib , ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, digər zərərli vərdişlər və həmin vərdişlərin yol açdığı hüquqpozmalar haqqında iştirakçıları məlumatlandırılmışdır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi