QİÇS-lə mübarizə Gününə həsr olunmuş tədbir
1 dekabr 2022-ci il tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə mübarizə Gününə həsr olunmuş gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Məktəbi psixoloqu Cəmilə Məmmədova , Uşaq birliyi rəhbəri Lida Muxtarova və bir qrup şagird QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbirdə iştirak edib. Sağlam həyat tərzi, QİÇS-dən qorunma yolları mövzusunda çıxışlar səsləndirilib, tədbir iştirakçılarına bu ağır xəstəliyə yoluxma yolları, onun simptomları və xəstəlikdən qorunma yolları barədə geniş məlumat verilib.