HEYVANLARI SEVƏK VƏ QORUYAQ
Məktəbdə siniflər üzrə "Küçə heyvanları" , "İnsanlar və digər canlılar" ,"Uşaqlar və dördayaqlı dostlar" və s. mövzularda sinif təşkilat saatları keçirilib.
Məqsəd şagirdlərdə heyvanlara qayğını , sevgini aşılamaq ,onları tanımaq, öyrənmək, köməksiz küçə heyvanlarını incitməmək , məhv etməmək, əksinə onları qorumağı təbliğ etməkdir.
Sinif təşkilat saatları zamanı şagirdlərin diqqətini heyvanların müdafiəsinə çəkmək üçün müxtəlif videoçarxlar , təqdimatlar nümayiş edilib ,daha sonra nəsli kəsilməkdə olan heyvanlar haqqında məlumat verilib.
Şagirdlər hazırladıqları kiçik səhnəciklərlə ''Heyvanlar bizim dostlarımızdır, dostlarımızı məhv etməyək,onları sevək və qoruyaq'' şüarlarını səsləndiriblər.