Monitorinqlərin keçirilməsi davam edir

Məktəbdə V-IX siniflərdə Azərbaycan və rus bölməsi üzrə monitorinqlərin keçirilməsi davam edir .Monitorinq 3 fəndən: Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən təşkil olunub. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıq səviyyəsindəki inkişaf dinamikasını ölçməkdən ibarət olub. Məktəb rəhbərliyi tərəfindən təyin olunmuş nəzarətçilər imtahana nəzarət edib. Şagirdlər verilən vaxt ərzində sualları cavablandırıblar. İmtahanın gedişi sona qədər məktəb rəhbərliyinin nəzarətində olub.