Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbir

      Azərbaycan Respublikası Prezidentinin "Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında" 20 aprel 2022-ci il tarixli 3222 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə ilə Azərbaycan Respublikası Elm və Təhsil Naziri tərəfindən 05.08.2022-ci il tarixli, F-474 nömrəli əmrinə əsasən təsdiq edilmiş "Tədbirlər planı"na uyğun olaraq  28.11.2022- ci il tarixində R.Zorge adına tam orta məktəbdə Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. 
     Tədbirdə məktəbin direktoru əvəzi  Svetlana Nəbiyeva, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Əvvəl şairin mübarizə və məhrumiyyətlərlə dolu  həyat yolu haqqında məlumat verildi, şeirlərinə bəstələnmiş mahnılar məktəb xorunun ifasında səsləndirildi. Şagirdlər şairin ölməz əsərlərini ifa etdilər. Ən yaxşı şeir qiraət edən şagirdlər münsiflər heyəti tərəfindən dəyərləndirilərək təltifnaməyə layiq görüldülər.  Məktəbin direktoru əvəzi Svetlana Nəbiyeva tədbirin təşkilatçıları Azərbaycan dili və Ədəbiyyat müəllimləri Günel Cəfərova və Humay İsmayılovaya , həmçinin bütün tədbir iştirakçılarına təşəkkür etdi, qalibləri təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi