“Zəfər” məktəblilərarası I tarix olimpiadasının məktəbdaxili turu keçirilib

26 noyabr 2022-ci il tarixində məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi , Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən təlimata əsasən “Zəfər” məktəblilərarası I tarix olimpiadasının məktəbdaxili turu keçirilib.
Məktəb rəhbərliyinin nəzarəti ilə keçirilən olimpiadanın məktəb mərhələsində şagirdlər 1 saat vaxt ərzində 25 sualdan ibarət test tapşırığını həll ediblər.
Qeyd edək ki , olimpiada VIII-X sinif şagirdləri arasında təşkil olunub. I mərhələdən uğurla keçən şagirdlər şəhər turunda iştirak etmək hüququ qazanacaqlar.
Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.