Əhməd Cavada həsr olunan "Dəyirmi masa"

25 noyabr 2022- ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın təşkilatçılıgı ilə 11 a sinfində Əhməd Cavadın 130 illiyi ilə əlaqədar "Dəyirmi masa" keçirildi. Məktəbin kitabxanaçısı Fəxriyyə Səfərova da tədbirin yüksək səviyyədə təşkil olunmasında yaxından iştirak etdi.
Tədbirdə məktəbin direktor əvəzi Svetlana Nəbiyeva və Tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova iştirak etdilər. Belə ki, tədbir boyu nəğməkarın həyat və yaradıcılıq yoluna ətraflı nəzər salındı. Şagirdlərin məruzələri, ifa etdikləri şeirlər dinlənildi, yeri gəldikcə videoçarx nümayiş etdirildi. Şairin yaradıcılığını əhatə edən müzakirələr, sual- cavablar dərsə daha da rəng qatırdı. Əkbərova Aytac azadlıq carçısı olan şairimizin sözlərinə bəstələnmiş "Çırpınırdı Qara dəniz" mahnısını ifa etdi. Tədbir tanınmış müğənni Azər Zeynalovun ifasında " Şükriyyə taleyim" mahnısının səsləndirilməsi ilə sonlandırıldı.