"Açıq dərs" keçirilib

      Məktəbdə 25 noyabr 2022-cı il tarixində tarix fənn aylığı çərçivəsində, Azərbaycan tarixi  fənni üzrə 9d sinfində "Açıq dərs" keçirilib. "Açıq dərs" tarix müəllimi Nağıyeva Solmaz tərəfindən təşkil olunub. Mövzu “Azərbaycanda əhaliyə qarşı ermənilərin törətdikləri kütləvi qırğınlar” olub. Dərsi dinləmədə məktəbin rəhbəri Svetlana Nəbiyeva, direktor müavini Gültəkin Səlimova ,tarix fənni üzrə metodbirləşmə rəhbəri Səfəri Məhsəti iştirak ediblər. 
     Kurikulum metodlarının tətbiqi ilə keçirilən dərsin əsas aktiv hissəsi şagirdlərin qrup işinin təqdimatı olub. Şagirdlər dərsi mənimsəmiş və geniş müzakirələr aparıb. Sonda müəllim ev tapşırıqlarını verərək qiymətləndirmə aparıb. Dərs bitdikdən sonra nəticələr ümumiləşdirilib, nəticələr təhlil edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi