Şagirdimizin növbəti uğuru

Məktəbimizin 11A sinif şagirdi Məmmədli Asim Rasim oğlu növbəti uğurunu qazanmışdır. Hələ kiçik yaşlarından karate ilə məşğul olan Asim bir çox yarışlarda iştirak edərək medal və təltifnamələr almışdır. Bu dəfə isə Moskvada keçirilən karate üzrə kubok yarışmasında, 15-16 yaşlılar arasında 55 kq-lıq çəki dərəcəsində qələbə qazanaraq I yerə layiq görülmüşdür. Asim Vətənimizin bayrağını idman arenasında qaldırdıqdan sonra medal və diplomla təltif edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi