VI və IX SİNİFLƏR ÜZRƏ MONİTORİNQ KEÇİRİLİB
Məktəbdə 24 noyabr 2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əsasən VI və IX siniflər üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını yoxlamaqdan ibarət olub.
Monitorinq zamanı şagirdlər Azərbaycan dili ,Riyaziyyat və İngilis dili fənləri üzrə açıq və qapalı sualları 150 dəqiqə vaxt ərzində cavablandırıblar. Monitorinq məktəb rəhbərliyinin nəzarət ilə keçirilib .