"Erkən nikahların qarşısının alınması" məqsədilə maarifləndirici tədbir

      "Qızların təhsildən yayınması hallarının qarşısının alınması", "Erkən nikahların qarşısının alınması" məqsədilə maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə məktəbdə  tədbir həyata keçirilib. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova və məktəbin psixoloqu Cəmilə Məmmədova keçirib. 
      Tədbirlərin keçirilməsində məqsəd qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi və şagirdlər arasında erkən nikahla bağlı maarifləndirmə işinin aparılması olub. Erkən nikahların əsas fəsadları kimi, körpə və ana ölümü hallarının çoxalması, qızların təhsil imkanlarının azaldılması, erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunması və onların daha çox fiziki və cinsi zorakılığa məruz qalması amillər diqqətə çatdırılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi