" Zorakılıq nədir ?" mövzusunda maarifləndirici tədbir keçirilib

     15 noyabr 2022-ci il tarixində məktəbin akt zalında "Zorakılıq nədir?" mövzusunda maarifləndirici tədbir keçirilib . 
     Məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova, məktəb psixoloqu Cəmilə Məmmədovanın başçılığı ilə keçirilən tədbir V-VIII sinif şagirdlərini əhatə edib.
     Yetkinlik yaşına çatmayan uşaqlara göstərilən hər cür zorakılıq hallarına qarşı profilatik işlərin aparılması məqsədilə keçirilən tədbirdə geniş müzakirələr aparılıb . Uşaqlara qarşı hansı formada zorakılıqların baş verməsi, kimlərin zorakılığa daha tez məruz qala biləcəyi və bunun qarşısının alınması barədə  mühazirələr dinlənilib. Tədbirdə uşaqlara qarşı zorakılıq əməllərinin formaları haqqında məlumat verilib. Həmçinin ailə-məişət zəmnində və ya etibar edilən mühitdə baş verən zorakılıqların gələcəkdə həmin uşaqların  psixoloji problemlərlə üzləşmə ehtimalının artması vurğulanıb.
     Qeyd edək ki , məktəbdə mütəmadi psixoprofilaktik, maarifləndirici tədbirlərin həyata keçirilməsi, şagirdlərlə, valideynlərlə söhbətlərin aparılması, videoçarxlar vasitəsilə zorakılığın müxtəlif formalarının sərgilənməsi maariflənmə yolunda atılan mühüm addımlardandır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi