"Açıq dərs" keçirilib
15 noyabr 2022-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Samirə İmamquliyeva 1e sinfində Riyaziyyat fənnindən "Toplama əməli" mövzusunda "Açıq dərs" keçirib. Dərsdə məktəb rəhbərliyi iştirak edib. "Açıq dərs" maraqla qarşılanıb. Şagirdlər qruplar şəklində toplama əməllərinə uyğun misallar həll ediblər, məlumat mübadiləsi və müzakirəsi aparıblar.