Azərbaycan Respublikasının Konstitusiya Günü

       Azərbaycan Respublikasının əsas qanununun — Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
 Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə 12 noyabr Konstitusiya Günü elan edildi.
      Tarix müəllimi Aynurə Bayramovanın təşkilatçılığı ilə Zəfər günü və 12 noyabr Konstitusiya Günü ilə bağlı "Dəyirmi masa" və interaktiv dərs təşkil edilib. 10a sinfinin iştirakı ilə keçirilən bu tədbirlərdə şagirdlərlə maraqlı məlumatlar mübadiləsi və müzakirələr aparıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi