"FÖVQƏLADƏ HALLAR UŞAQLARIN GÖZÜ İLƏ” ADLI MÜSABİQƏ
Məktəbdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Fövqəladə hallar uşaqların gözü ilə” adlı (“Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və qəza- xilasetmə texnikasının modeli” və “Yumşaq oyuncaq”) üzrə uşaq yaradıcılıq müsabiqəsinin ilk turu keçirilib.
Şagirdlərinin qeyd olunan yaradıcılıq müsabiqəsində iştirakını təmin etmək məqsədilə ilkin olaraq məktəbdaxili tur keçirilib və müsabiqənin nəticələrinə görə məktəbin 7e sinif şagirdi Səkinə Cəfərova, 9r sinif şagirdi Bağırlı Zəhra "Plakat" nominasiyası üzrə , 5c sinif şagirdi Allahyarova Mahirə , 7e sinif şagirdi İsmayılova Aysu , 5d sinif şagirdi Həmidli Aydın “Rəsm” nominasiyası üzrə münsiflər heyyətinin qərarına əsasən qalib şagirdlər seçiliblər.
Qalib şagirdlərin əl işləri məktəb adından “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsində təmsil etmək şansı qazanıb. Məktəb rəhbərliyi şagirdləri təbrik edib,növbəti turlarda uğurlar arzulayıb. Sonda xatirə şəkilləri çəkilib.