ŞƏHİD ANASI ZİYARƏT OLUNUB

      Zəfər Günü münasibəti ilə şəhid məzunumuz Manafov Osmanın anası ziyarət olunub .
      Şəhid anası ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğunıb. Ana oğlunun yoxluğuna inanmadığını ,hər zaman qəhrəman oğlunun yolunu gözlədiyini qeyd edib. 
     Məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova ,şəhid Manafov Osmanın ibtidai sinif müəllimi Xalidə Aslanova Osmanın uşaqlıq illərindən ,məsuliyyətli və tərbiyəli şagird olduğundan danışıblar. Sonda şəhid anasına xatirə lövhəsi təqdim olunub. Lövhədə şəhid məzunumuza həsr olunan "Sən qürur rəmzisən" şeiri öz əksini tapıb.
      Ruhun şad olsun ,şəhidim!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi