Şəhidlər Xiyabanı ziyarət edilib
Məktəbin 2D sinif şagirdləri sinif rəhbəri Gülnar Cəfərovanın rəhbərliyi ilə 8 Noyabr -Zəfər Günü münasibəti ilə Ramanada yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qeyd edək ki ,Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən Müharibəsi zamanı şəhid olmuş müzəffər Azərbaycan ordusunun igid,cəsur oğulları uyuyur. Həmin şəhidlərin məzarları ziyarət edilib ,bir dəqiqəlik sükutla ruhları yad edilib və məzarları üzərində gül dəstələri düzülüb.
Sinif rəhbəri Gülnar Cəfərova 44 günlük Vətən Müharibəsi haqqında şagirdlərə məlumat verib . Şagirdlər də öz növbəsində Zəfər Gününə həsr olunmuş şeirlər səsləndiriblər.